Modern.az

Keçmiş nazir - indiki rektor islahatları alqışladı

Keçmiş nazir - indiki rektor islahatları alqışladı

24 Oktyabr 2019, 12:41

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun doğum günüdür.

Modern.az 60 yaşını qeyd edən yubilyardan təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.

H.Əsədov onu təbrik edən bütün dostlara təşəkkürünü bildirib, xalqa firəvanlıq arzulayıb. Yubilyar son günlər aparılan kadr və struktur islahatlarını alqışlasa da, bu haqda geniş danışmaq istəməyib.

Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də Qərbi Azərbaycanda anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

2019-cu ildə Prezidet İlham Əliyev Heydər Əsədovu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.

Ailəlidir. Üç övladı var.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər