Modern.az

1300 nəfərin borcu bağlanıb

1300 nəfərin borcu bağlanıb

24 Oktyabr 2019, 15:54

“Azərbaycan Beynəlxalq Bankdan 9600-dən çox problemli aktiv qəbul etmişdik. Bu günə qədər 3.2 milyard manatdan çox borc ödənilib”.

 

Modern.az-ın məlumatına görə, bunu Aqrarkredit Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin və Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev bu gün YAP-da keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, 1300-dən çox borclunun borcu qapanıb:

“Bu sahədə işlər davam etdirilir, mümkün olduğu halda kreditlər restrukturizasiya edilir. Kredit borcu olanlardan 4 mindən çoxu fiziki şəxslərdir. Bilirsiniz ki, cənab Prezident uğurlu bir fərman verdi, 10 min dollara qədər olan kreditlərin restrukturizasiyası həyata keçirilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır