Modern.az

“Yeni formalaşdırılan İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafına töhfə verəcək”

“Yeni formalaşdırılan İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafına töhfə verəcək”

24 Oktyabr 2019, 15:57

“Bu gün Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 100 mindən, fiziki şəxslərin sayı isə 900 mindən çoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Aqrarkredit Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev bu gün YAP-da keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, bu rəqəmlərə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar və sahibkarlığın inkişafı üçün yaradılan şərait sahəsində mümkün olub:

 

“Yeni formalaşdırılan İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafına mühüm töhfə verəcək. Bu nazirlik sahibkarlar üçün ən yaxşı yer olacaq. Sahibkarlar bir ünvan tanıyacaq və bütün məsələlərin həllini bir ünvanda tapacaqlar. Bu çox mükəmməl bir idarəetmə mexanizmidir”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir