Modern.az

“Bakı Kristal Zalı”na büdcədən 3 milyona yaxın pul ayrılır

“Bakı Kristal Zalı”na büdcədən 3 milyona yaxın pul ayrılır

24 Oktyabr 2019, 17:26

Gələn ilin büdcəsindən “Kristal Hall” üçün 3 milyon manata yaxın pul ayrılıb.

 

Modern.az xəbər verir ki, 2020-ci ilin büdcə zərfinə əsasən, “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2 900 000 (iki milyon doqquz yüz min) manat pul ayrılıb.

 

Bundan başqa, büdcə zərfinə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına 9 235 116 manat pul ayrılması nəzərdə tutulub.

 

2020-ci ilin xərclərində diqqət çəkən məqamlardan biri də budur ki, Azərbaycan Dövlət Turizm Agentliyinə ayırılan məbləğdir. Büdcə zərfinə əsasən, Agentliyə 1 752 940 manat ayırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?