Modern.az

Kanadada şəhər meri Xocalı qətliamına görə erməniləri təqsirləndirib

Kanadada şəhər meri Xocalı qətliamına görə erməniləri təqsirləndirib

27 Fevral 2012, 15:24

Kanadadakı "Alberta" Azərbaycan Mədəniyyət Cəmiyyətinin (Alberta Azerbaijani Cultural Society - ALACS) göstərdiyi fəaliyyət sayəsində Kalqari şəhərinin meri Xocalı qətliamı faktını tanıyıb və bu cinayətin törədilməsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) məsuliyyət daşıdığını bildirib.

Bu barədə Modern.az-a  Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Kalqari şəhərinin meri Nahed K.Nenşinin imzaladığı məktubda deyilir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almış və şəhərə basqın edərək buranı tərk edən mülki əhalini güllə-baran etmişdir".

Məktubda, həmçinin qeyd olunub ki, "Kalqari şəhəri 2012-ci il 25-26 fevral tarixlərini həmin faciəli günün 20-ci ildönümü kimi tanıyır və həmin hadisələr zamanı həlak olmuş, eləcə də yaxınlarını itirmiş insanları xatırlayır.

Şəhər merinin qərarı ilə bu il fevralın 25 və 26-da Kalqaridə Xocalı faciəsinin 20-ci ildönümü qeyd olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?