Modern.az

Sabiq deputat YAP-da da islahat aparmağa ÇAĞIRDI

Sabiq deputat YAP-da da islahat aparmağa ÇAĞIRDI

25 Oktyabr 2019, 10:44

“Son islahatlardan sonra bu qənaətə gəlmək olar ki, keçmiş Kommunist Partiyasının dövründən qalan kadrlar yavaş-yavaş istirahətə gedirlər. Bu çox gözəl qəbul olunur və hər bir Azərbaycan vətəndaşının ürəyincədir”.

Modern.az xəbər ki, bu sözləri sabiq deputat, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev söyləyib. O qeyd edib ki, islahatlar hakim Yeni Azərbaycan Partiyasında da aparılmalıdır.

Sabiq deputatın fikrincə, vaxtilə hansısa yollarla YAP-a və iqtidara başqa partiyalardan transfer olunmuş bəzi adamlar çirkin məqsədlərini indi də həyata keçirirlər:

“Onlar planlı şəkildə YAP-a, bugünkü iqtidara, ulu öndərə, cənab prezidentimizə sədaqətli və əqidəli kadrları partiyanın rəhbər strukturlarından, dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırmaq məqsədilə, qısqanclıq edərək, şər-böhtan atırlar. Son dövrlərdə apardığım araşdırmalar, şahidi olduğum bəzi məsələlər bunu deməyə əsas verir. İnanıram ki, cənab prezidentimiz, YAP-ın sədri İlham Əliyev yaxın zamanda partiyada da islahatlar həyata keçirəcək. Bu gün YAP-ın Mərkəzi Aparatında, o cümlədən rayon şöbələrində çalışan əməkdaşların 99 faizi partiyaya son zamanlar gələnlərdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu