Modern.az

Manatın \"tam üzən məzənnə\" rejiminə keçməsinin şərtləri AÇIQLANDI

Manatın \

25 Oktyabr 2019, 12:34

Azərbaycanda manatın "tam üzən məzənnə" rejiminə keçməsi üçün dövlət qiymətli kağızlar bazarı genişlənməlidir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankınının(AMB) sədri Elman Rüstəmov. O bildirib ki, bankların portfelində belə kağızların yaranması bütövlükdə banklararası pul bazarının aktivləşməsinə və genişlənməsinə gətirib çıxaracaq:

"Bu gün bir çox banklarda əhəmiyyətli likvidlik var, bəzilərində yoxdur. Bu gün aktiv banklararası bazar görmürük, çünki onun girov bazası zəifdir. Donor banklardan pul vəsaitinin axını müşahidə olunmur".

E.Rüstəmov bildirib ki, bank sektorunda həssaslıq aradan qaldırılmalıdır. Bu istiqamətdə gördüyümüz tədbirlər proqramı genişdir. Biz bunun reallaşmasına qısa müddətdə başlayacağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir