Modern.az

İran prezidenti Bakıdan dünyaya səsləndi: “ABŞ-ın hegemonluğunun qarşısını alaq”

İran prezidenti Bakıdan dünyaya səsləndi: “ABŞ-ın hegemonluğunun qarşısını alaq”

25 Oktyabr 2019, 15:17

“İkiqütblü sistemin süqutundan sonra ABŞ birqütblü cəbhə yaratmağa çalışır. ABŞ media və digər güclərindən istifadə edərək, dövlətlərə təzyiq edir. İnkişaf etməkdə olan dövlətlərin gücünün artması ABŞ-ın hegemonluğuna qarşı dirənişi nümayiş etdirir. ABŞ isə özünün hərbi gücünü artıraraq dünyanın müxtəlif yerlərində münaqişələri təşviq edir. Təcavüzkarın səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, biz əlimizdən gələni etməliyik ki, ABŞ-ın hegemonluğunun qarşısını alaq”.

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Bakıda keçirilən Zirvə Görüşündə bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun siyasəti on minlərlə ABŞ əsgərinin ölümünə və milyardlarla dolların sərf edilməsinə, bir çox problemlərin yaranmasına səbəb olub.

H.Ruhani hesab edir ki, ABŞ-a etibarın kəskin şəkildə azalması yeni liderlərin meydana gəlməsinə səbəb olub. O deyib ki, bununla da dövlətlər ABŞ əleyhinə çıxış etməyə başlayıb.

“Bu gün suverenliklər pozulur. Hərbi qütbləşmə, silah yarışı, regional qarşıdurmalar artmaqdadır. Bununla da beynəlxalq hüquq pozulur və müxtəlif ölkələrin daxili işlərinə qarışılır. ABŞ məqsədlərinə nail olmaq üçün müxtəlif üsullara əl atır. Bu da kobud şəkildə özünü göstərir”.

Prezident əlavə edib ki, İran İslam Respublikası radikal qruplara qarşı BMT sessiyası zamanı bir sıra təkliflərlə çıxış edib.

“Bu gün biz regional münaqişələrin şahidi oluruq: Suriyada, Yəməndə, Fələstində, Əfqanıstanda... Biz zəmin yaratmalıyıq ki, sülh təşviq edilsin. Qonşu ölkələrin sülh və sabitliyi İranın sülh və sabitliyi ilə bağlıdır”.

İran Prezidenti bir sıra təkliflərlə də çıxış edib.

“ABŞ dollardan öz siyasi maraqlarına naminə istifadə edir. Bəzi dövlətlər sanksiya nəticəsində beynəlxalq bank əməliyyatları hüququndan məhrum edilib. Neqativ üsullara qarşı mübarizədə birgə səylər göstərə bilərik. Biz alternativ və müxtəlif təşəbbüslər irəli sürə bilərik. Xüsusilə bank sistemi ilə bağlı. Kriptovalyutadan istifadə edə bilərik. Təhlükəsizlik və müstəqilliyə qarşı yönələn addımlardan biri də kibertexnologiyalar və sosial şəbəkələr vasitəsilə məkrli niyyətlərin həyata keçirilməsidir. Biz kibertəhlükəsizlik sahəsində xüsusi saziş də hazırlaya bilərik ki, bu cür təhdidlərə qarşı birgə mübarizə aparaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi