Modern.az

Fəxrəddin Altun: “Separatçı terror təşkilatının dövlət qurmaq layihəsi tarix olub”.

Fəxrəddin Altun: “Separatçı terror təşkilatının dövlət qurmaq layihəsi tarix olub”.

Aktual

25 Oktyabr 2019, 15:24

“Terrorla mübarizəmiz dost və müttəfiq ölkələrin əməkdaşlığı ilə davam etdirilərək başa çatdırılacaq. Separatçı terror təşkilatının dövlət qurmaq layihəsi tarix olub”. 



Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun, Rusiya ilə əldə olunan razılığa dair fikirlərini bölüşərkən bildirib: 

 

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi sayəsində tarixi diplomatik uğur əldə edilib Terrorla mübarizəmiz, dost və müttəfiq ölkələrin əməkdaşlığı ilə davam etdirilərək başa çatdırılacaq. Separatçı terror təşkilatının dövlətcik layihəsi tarix olub”.

 

Altun ABŞ və Rusiya ilə əldə olunan anlaşmalar və terrorizmlə mübarizə məsələlərindən də danışıb:

 

“Türkiyənin ABŞ və Rusiya ilə əldə etdiyi son razılıqlar Suriyanın sülh və sabitliyi üçün birmənalı olaraq müsbət nəticələrə malikdi. Türkiyə terrorizm və ekstremizmə qarşı əhəmiyyətli bir NATO üzvü və sipərdir. Suriya məsələsindəki mövqeyimizi bölüşən bütün ortaqlarla birlikdə çalışacağıq. Bu tətbiq açar rolunu oynayır; Dostlarımız və müttəfiqlərimizlə razılıq şərtlərinin meydanda əks olunmasını təmin etmək üçün çalışacağıq. Türkiyə terrorun bütün növ və təzahürləri ilə mübarizə məsələsində qətiyyətini davam etdirir. PKK/YPG terrorçularının Suriyanın şimalında xaosu qızışdırmaq üçün sərbəst buraxdığı DAEŞ terrorçularını Suriyalı tərəfdaşlarımızla birlikdə tutub həbs etməyə davam edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi