Modern.az

Vurğun Əyyubun qızı atasının ad günündən YAZDI

Vurğun Əyyubun qızı atasının ad günündən YAZDI

Aktual

25 Oktyabr 2019, 17:45

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyubun ölümündən bir ay ötür. Eyni zamanda, onun doğum günüdür. Əcəl imkan versəydi, hamının yaddaşında yaxşı adam kimi qalan mərhum ziyalının 62 yaşı tamam olacaqdı.

Vurğun Əyyubun doğum gününü bu gün çox insanlar sosial şəbəkə üzərindən təbrik etdilər. Onun qızı Aytən Əyyublu atası haqqında sosial şəbəkədə paylaşım edib.

Modern.az qızının Vurğun Əyyub haqqında doğum günü təəssüratlarını təqdim edir:

“Doğum günündü bugün… Uşaqlığımız ağlıma gəlir. Hər doğum günündə bacımla sabah tezdən həyəcanla oyanıb, oturub, açıqca hazırlayırdıq, bütün sevgimizi göstərəcəyik deyə, bir-birimizlə yarışa girirdik. Sonra oturub, axşama qədər səni gözləyirdik ki, hədiyyələrimizi verək. Və sən yenə işdən gec gəlirdin… Biz də gözləməkdən yorğun düşüb, yatıb qalırdıq. Sonra səhər durub görürdük ki, masanın üzərində duran o açıqcaların üzərinə “mənim gülüm” deyə, başlayan bir şeylər yazılıb, qoyulub və işə gedilib… Gözlərimizdəki o parıltı, qəlbimizdəki o sevinc, həyacanla ikimiz də yazılanları oxuyurduq…

Mən razıyam, atacan, biz yenə axşama qədər səni gözləyək və sən yenə gec gəl… Biz də gözləməkdən yorğun düşək…”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir