Arxiv
28 Fevral 2012, 10:46 | İQTİSADİYYAT
Milli xəyanət tarixdə və bu gün

Lidiyalı Krez, Astiaqın müdrik sözləri və xəyanətkar Arpaq

Bəşəriyyət xalqların mübarizə tarixidir. Bu fikirlə mübahisə etməyə dəyməz. Çünki həqiqətən belədir. Bu mübarizə prosesində xalqlar inkişaf edir, tərəqqi, tənəzzül dövrlərini yaşayır, bəzən uzunömürlü dövlətlər qurur, bəzən dövlətdən məhrum olurlar və s. Böyük və güclü xalqlar siyasi təşkilatlanmanı daha yaxşı bacardıqları üçün onların dövlətçiliyi daha möhkəm və güclü olur. Və yaxud siyasi təşkilatlanmanı bacaran xalqlar daha böyük və daha güclü olurlar. Sosioloqlar da elə məsələnin bu tərəfinə diqqət çəkərək dövlətə tərif verərkən, onu xalqın siyasi təşkilatlanmış forması adlandırırlar. Dövlətin çoxsaylı təriflərinin içərisində mənim baxışlarımla üst-üstə düşəni də dolğun məzmunlu şəkildə ifadə edilmiş bu fikirdir. Bu fikir sanki dövlətin daxili strukturunu açır və onu təşkil edən ən aparıcı ünsürün nə (kim) olduğunu göstərir. Amma elə dövlətlərin yaranmasına səbəb olan əsas faktor, yəni siyasi təşkilatlanma bacarığı əks keyfiyyətlə üzləşdikdə, yəni siyasi təşkilatlanma mümkün olmadıqda dağılır. Bu dağılmaya səbəb isə bəzən siyasi təşkilatlanmada iştirak edən xalqın ayrı-ayrı nümayəndələrinin dağıdıcılıq ünsürü kimi katalizatorluq etməsi olur. Azərbaycan xalqının da tarixi, daha doğrusu, dövlətçilik tarixi də zaman-zaman bu kimi problemlərlə üzləşməli olmuş, dağıdıcı ünsürlərin fəaliyyəti nəticəsində bəzən dövlətimiz zəifləmiş, bəzən dağılmış, ancaq xalqın əksəriyyətinin iradəsi ilə yenidən bərpa edilmişdir. Bərpa dövrü isə həmişə qurucu liderlərin fəaliyyəti ilə yadda qalmışdır. Elə 1993-cü ildə də dağılmaqda olan dövlətçiliyimiz sonradan xalqımız tərəfindən Ümummilli lider kimi səciyyələndirilən Heydər Əliyev tərəfindən xilas edildi. Elə bu tarixi prosesdə bir tarixi həqiqət, yaxud tarixi düstur yenidən öz təsdiqini tapdı. Dövlət yalnız müstəqil liderin rəhbərliyi altında müstəqil ola bilər. Zəif iradəli, xarici güc mərkəzlərinin təsirləri altında olanlar isə heç vaxt nə lider, nə də müstəqil rəhbər ola bilmirlər. Elə yaxın keçmişimizdə bu və ya digər xarici ölkələrin diqtəsi ilə Azərbaycanda hakimiyyətə gəlmiş Ə.Vəzirov, A.Mütəllibov və s. kimi bəzi “rəhbərlərin” həm özlərinin faciəli taleyi, həm də dövləti və xalqı faciələrə sürükləmələri bunun əyani sübutudur. Ancaq təəssüf ki, bəziləri bu tip “liderlər”in həyatından özləri üçün dərs çıxarmır, milli xəyanətə meyilli olmaqla həm öz talelərini, həm də xalqın taleyini qaranlıq macəralara sürükləməyə çalışırlar. Nəticədə isə həm özlərini, həm də xalqı bədbəxt edirlər.

Lidiyalı Krezin hekayəti və müdrik Solon

Lidiya çarı Krez (Lidiya b.e.ə. VII-VI əsrlərdə Ağ dəniz sahillərində, indiki Türkiyə Respublikasının ərazisində mövcud olmuş dövlətdir. Krez isə bu dövlətin əfsanəvi və çox zəngin çarı idi) bir gün eşidir ki, 7 müdrikdən biri afinalı Solon onun ölkəsinə gəlib. Dərhal əmr verir ki, Solonu onun xəzinəsi, var-dövləti, ordusu və xalqı ilə tanış etsinlər. Onun nə qədər güclü, xalqının isə nə qədər rifah içərisində yaşadığını Solon görsün. Bütün bunlardan sonra sarayında böyük bir ziyafət təşkil edərək Solonu həmin ziyafətə dəvət edir. Ziyafət əsnasında Solondan soruşur ki, sizcə dünyanın ən xoşbəxt adamı kimdir və düşünür ki, Solon dərhal deyəcək ki, elə çar Krezdir. Lakin afinalı müdrik bu suala cavab verməkdən yayınır. Krez sualı təkrar edir və israrla cavab gözləyir. Belə olduqda Solon deyir ki, insan nə qədər ki, sağdır, onun xoşbəxt və ya bədbəxt olmasını demək çətindir. Bu ona bənzəyir ki, yarış başa çatmamış iştirakçının birini qalib elan edəsən. Amma bu suala mütləq cavab vermək lazımdırsa, mənə görə ən xoşbəxt adam afinalı Tell idi. Krez səbrini basaraq Tellin nə üçün xoşbəxt olduğunu soruşur. Solon deyir ki, Tell dəmirçi idi, ömrü boyu halal zəhmətlə dolandı, yaxşı övladlar yetişdirdi ki, onlar olimpiya oyunlarında qalib oldular. Tellin 63 yaşı olanda spartalılar Afinaya hücum etdilər. Tell vətənini müdafiə etmək üçün döyüşə qatıldı və şəhid oldu. Afinalılar isə qalib gəldilər. Buna görə də, Tell xoşbəxt adam idi. Hər nə qədər bu cavab Krezi qane etməsə də, sualı bir neçə dəfə təkrarlasa da, o, Solondan özünün xoşbəxt olması barədə bir söz eşidə bilmir. Bir müddət sonra Kambis oğlu Kuruş (bizim Kir kimi tanıdığımız Əhəməni hökmdarı) Lidiyaya hücum edir. Krez məğlub olur və Kir onun tonqalda yandırılmasını əmr edir. Cəza icra olunmağa başlayan zaman Krez üzünü Afinaya tərəf tutaraq qışqırmağa başlayır, Solonn..... Solonnn... sən haqlı idin. Krezin bu hərəkəti Kirin marağına səbəb olur və ətrafdakılardan onun nə qışqırdığını soruşur. Tərcüməçilər deyirlər ki, onun nə qışqırdığını və nə üçün qışqırdığını heç kəs bilmir. Bu zaman Kir cəzanın icra edilməsini dayandırır və Krezi hüzuruna gətirdərək nə qışqırdığını soruşur. Krez afinalı Solon ilə olan hekayəti Kirə danışır. Kir isə onun həyatını bağışlayır, ancaq bir şərtlə ki, lidiyalılar ona qarşı üsyan etməsinlər. Krez bu şərtə dair söz verir. Yəni, başqa bir hökmdar qarşısında xalqına xəyanət edəcəyinə dair öhdəçilik götürür. Sonralar doğrudan da Kir ilə Krezin iş birliyi nəticə etibarı ilə Lidiya dövlətinin tamamilə dağılması və Lidiya xalqının assimilyasiya olunması ilə nəticələnir. (Yeri gəlmişkən, bu həmin Krez idi ki, Skif hökmdarı Tomrisin döyüşü Araz çayının şimalında, yəni, Skifya ərazisində, yoxsa cənubunda keçirilməsi ilə bağlı Kirin arzusunu öyrənməklə bağlı göndərdiyi suala məhz Krezin təkidi ilə Kir döyüşün Skifiya ərazisində keçirilməsini istəmiş, Anamız Tomris böyük cəsarət və alilik göstərərək öz sərhədləri içərisində bir günlük mənzil qədər geri çəkilmiş, Əhəməni orduları isə rahatca Araz çayını keçərək ərazimizə daxil olmuşdular. Lakin bu döyüş Tomrisin qəti qələbəsi ilə başa çatmış, Kirin başı isə qanla doldurulmuş çəlləyə salınmışdı). İnanırıq ki, bir gün köçəryanlar və sarkisyanlar da dövlətimizin həyata keçirdiyi siyasət sayəsində öz cəzalarına çatacaqlar.

Bu tarixi hadisədə ibrətamiz dərs var. Bu, satqınlığın aqibətini öyrədir. İndi gəlin, Azərbaycanın ən yeni tarixinin siyasi gerçəklikləri ilə bu tarixi hadisələri identifikasiya etməyə çalışaq. Fikrimizcə, Krezin satqınlıq hekayəti hazırkı şəraitdə Əli Kərimlinin satqınlığı ilə identifikasiya olunur. Bu barədə bir az sonra yenidən danışacağıq.

Arpaqın xəyanəti və midiyalıların faciəsi

Midiya hökmdarı Astiaqın məşhur yuxu hekayətindən sonra baş verən hadisələr hökmdarın yaxın adamı Arpaqda qisas almaq duyğusu oyadır. Amma bu duyğu o qədər şiddətli olur ki, Arpaqı midiyalıların düşmənləri ilə əməkdaşlığa belə sövq edir. Doğrudan da, satqın Arpaqın midiyalılara qarşı düşmənlərlə yaratdığı iş birliyi Astiaqın məğlubiyyəti ilə nəticələnir. Əsir düşmüş Astiaqa yaxınlaşan Arpaq qisasını aldığı üçün öyünməyə başlayır. Astiaq isə Arpaqa deyir ki, sən çox axmaq və yaramaz adamsan. Axmaqsan ona görə ki, əgər mütləq mənim hakimiyyətdən getməyimi istəyirdinsə, bunu xalqın gücü ilə edib özün hakimiyyətə gələrdin. Düşmənlərin gücü ilə edib düşmənləri hakimiyyətə gətirməzdin. Yaramazsan ona görə ki, sən şəxsi ambisiyalarına görə bu günə qədər ağa olan bir xalqı, yəni, midiyalıları qul etdin, qul olan bir xalqı isə ağa etdin. Səni nə tarix, nə də xalq bağışlamayacaq. Bu hadisədən də göründüyü kimi, düşmənlərlə, xarici güclərlə iş birliyi Midiya xalqını faciələrə sürüklədi və onların dövlətçiliyinin dağılmasına səbəb oldu.

Müasir milli xəyanətkar....

...Əgər Əli Kərimli mütləq hakimiyyətə gəlmək istəyirsə, bunun bir hüquqi-siyasi yolunu tapıb xalqın dəstəyini qazanmaqla etməlidir. Hələ də bunu başa düşə bilməyibsə, deməli ağıllı adam deyil, siyasətçi isə heç deyil. Çünki 20 ildir Azərbaycanda baş verən siyasi proseslərin arxasınca sürünməklə əsla və əsla ona müdaxilə edə bilməyib. Meydança kənarında qaçaraq futbol oynadığını imitasiya edən 12-ci oyunçuya bənzəyib. Bu hərəkəti isə həmişə xalqda gülüş və istehza doğurub.

... Azərbaycanda xalqın səsini qazanaraq hakimiyyətə gəlməyin bütün hüquqi-siyasi əsasları ola-ola Əli Kərimli xalqı və öz taleyini qaranlıq macəralara doğru sürükləməyə çalışır. Anti-Azərbaycançı mərkəzlərlə, Azərbaycanın düşmənləri ilə iş birliyi qurub hakimiyyətə gəlmək istəyir. Özü müstəqil deyil, qul psixologiyası ilə yaşayır üstəlik xalqımızı da öz ağalarına qul etmək istəyir. Başa düşmür  ki, Azərbaycan xalqı öz iradəsi ilə seçilmiş hakimiyyətdən başqa heç bir iradəni qəbul etməyəcək. Bu sadə siyasi-psixoloji gerçəkliyi anlaya bilmədiyi üçün Krezin və Arpaqın elədiyi səhvi təkrar etməklə, bir millətin yaratdığı dövləti və dövlətçiliyi dağıtmaq, müdrik Astiaqın dediyi kimi, ağa ikən bir xalqı qul, qulları isə bu xalqa ağa etmək istəyir.

Əli Kərimlinin başa düşmədiyi bir həqiqət isə odur ki, onun başa düşmədiklərini xalqımız yaxşı başa düşür.

Ona görə də, bu gün Ə.Kərimli nə xalqın, nə də onun seçdiyi legitim hakimiyyətin deyil, xalqımızın düşmənlərinin səfindədir. Belə mövqe isə heç kəsə xoşbəxt sonluq gətirməyib. Düşünüb və tarixdən ibrət dərsi çıxarmaq vaxtıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis 10 kiloqramdan çox narkotik götürdü 4 Avqust 2020, 16:02 Fəttah Heydərovla bağlı NEKROLOQ imzalandı 4 Avqust 2020, 16:00 Maliyyə naziri: İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır 4 Avqust 2020, 15:58 Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 15:42 Qazaxın su və kanalizasiya sistemi yenidən qurulur 4 Avqust 2020, 15:31 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib 4 Avqust 2020, 14:53 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21