Modern.az

Zelenskidən maraqlı TƏKLİF: məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin

Zelenskidən maraqlı TƏKLİF: məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin

26 Oktyabr 2019, 11:29

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların gəlirlərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurların gəlirlərinin azaldılması hesabına büdcənin xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.

 

O deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.

 

Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir