Modern.az

Kuba Prezidenti Bakıdan Sankt-Peterburqa səfər edib

Kuba Prezidenti Bakıdan Sankt-Peterburqa səfər edib

27 Oktyabr 2019, 15:55

Bu gün Kuba Prezidenti Migel Diaz-Kanel Sankt-Peterburqa səfər edib.

 

Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kuba Prezidenti sabah Peterburq qubernatoru Aleksandr Beqlovla görüşəcək.

 

Görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq.

 

Qeyd edək ki, Kuba Prezidenti oktyabrın 24-də Azərbaycana səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, 25,26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak edib. Bu gün səhər isə Kuba Prezidentinin Azərbaycana səfəri başa çatıb və Bakıdan Sankt-Peterburqa yola düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi