Modern.az

Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi yaradır

Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi yaradır

Aktual

28 Oktyabr 2019, 16:31

Azərbaycan Respublikası Maliyyə Nazirliyində Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması ilə bağlı işlər davam etdirilir.

Naziliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə qurum tərəfindən dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PricewaterhouseCoopers” (PwC) şirkəti əməkdaşlığa cəlb edilib:

“Proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsi və bir sıra ölkələrdə oxşar sistemin təqbiqi ilə bağlı məlumatlar öyrənilərək PwC şirkəti tərəfindən büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlanıb, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən satınalma prosedurlarına başlanılıb və www.tender.gov.az saytında tender elanı yerləşdirilib”.

Tender üzrə tələblərlə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:
//admin.etender.gov.az/document/4618

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?