Modern.az

Fransada məscid atəşə tutuldu

Fransada məscid atəşə tutuldu

Dünya

28 Oktyabr 2019, 22:04

Fransada məsciddə atəş açılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, namaz vaxtı naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər yaralanıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Bayonn şəhərində baş verib.

Hadisəni törədən şəxs Sen Martin de Senan yaşayış məntəqəsindəki evində şübhəli şəxs qismində həbs edilib. Onun 84 yaşlı keçmiş hərbçi olduğu bildirilir. Polis evdə tapança, qaz balonu, qumbaralar tapıb. Cinayətkarın həmçinin məscidə neftlə dolu kanistr atdığı bildirilir.

Hadisə zamanı ağır yaralanan iki yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü