Modern.az

Zelenski Rusiya prezidentidir - Tramp üçün 

Zelenski Rusiya prezidentidir - Tramp üçün 

Dünya

29 Oktyabr 2019, 00:23

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı ukraynalı həmkarı Vladimir Zelenskini səhvən Rusiya lideri adlandırıb.

Modern.az  xəbər verir ki, Ağ Ev rəhbəri bir neçə ay əvvəl baş tutan Ukrayna dövlət başçısı ilə telefon danışığının mükəmməl keçdiyini, müxaliflərin bundan skandal yaratmaq istədiyini əlavə edib:

“Bildiyiniz kimi, Rusiya prezidenti (Ukrayna prezidenti) yaxşı insandır. Orada heç bir şey yoxdur. Ona basqı olunması ilə bağlı heç nə yox idi”.

Qeyd edək ki, bir müddət əvvəl Trampın Zelenskiyə telefon danışığı zamanı prezident seçkisindəki rəqibi Baydenin oğlunun Ukraynadakı maliyyə əməliyyatlarının yoxlanılması üçün təzyiq etdiyi qalmaqalı yaşanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!