Modern.az

38 nömrəli marşrut xəttinə yeni avtobuslar VERİLDİ - FOTO

38 nömrəli marşrut xəttinə yeni avtobuslar VERİLDİ - FOTO

29 Oktyabr 2019, 13:48

Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada aparılan modernləşdirmə sayəsində sahibkarlar paytaxta 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 29 oktyabrdan etibarən 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək:

“Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb”.  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir