Modern.az

Fuad Muradov Gənclər Təşkilatları Milli Şurasının sədri seçildi

Fuad Muradov Gənclər Təşkilatları Milli Şurasının sədri seçildi

26 Dekabr 2009, 19:00

Dekabrın 26-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Quba şəhərində özünün növbəti XI Qurultayını keçirib. Modern.az-ın məlumatına görə, Quba Mədəniyyət Evinin akt zalındakı tədbir ARGTMŞ – a üzv olan bütün təşkilatların iştirakı ilə baş tutub. 
Qurultayda Milli Məclisin deputatları Əli Hüseynov, Eyvaz Qurbanov, Rövşən Rzayev, Nizami İsgəndərov, Sabir Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Ağayev də iştirak edib.
Bu gün qurultayda şuranın illik fəaliyyəti haqqında geniş hesabat verilib. Eyni zamanda Milli Şuranın əsasnaməsində dəyişiklik edilib.
Modern.az xəbər verir ki, qurultayda Gənclər Təşkilatları Milli Şurasının sədri postuna iki namizəd olub: Fuad Muradov və İlqar Orucov. Lakin səsvermə zamanı İlqar Orucov öz namizədliyini geri götürüb. Nəticədə millət vəkili Fuad Muradov yenidən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri seçilib.
Qurultay dekabrın 27-də öz işini yekunlaşdıracaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 31 noyabr 1995- ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilib, 31 yanvar 1996 -cı ildə isə dövlət qeydiyyatına alınıb. Hal-hazırda  öz ətrafında 66 uşaq və gənclər təşkilatlarını birləşdirir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi