Modern.az

Heydər Əsədov: “Prezident görmüş olduğumuz işləri dəyərləndirir”

Heydər Əsədov: “Prezident görmüş olduğumuz işləri dəyərləndirir”

29 Oktyabr 2019, 15:31

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Dövlət Dəniz Akademiyasının rektoru Heydər Xanış oğlu Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Rektor, sabiq nazir Heydər Əsədov “Şöhrət” ordeni alması ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

Çox sevincli olduğunu bildirən rektor bu hissləri yaşatdığına görə ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirib:

“Çox qürurluyam. Çox sevinirəm ki, harada, hansı vəzifədə olmağımızdan asılı olmayaraq, cənab Prezident azacıq da olsa, görmüş olduğumuz işləri dəyərləndirir. Bu ölkənin inkişafında xidmətləri olan insanları unutmur. Buna görə də özümün, ailəmin, dostlarımın, bu sevinci mənimlə bölüşənlərin adından cənab Prezidentə minnətdarlığımı, ali hörmətimi çatdırıram”.

 
Hər zaman dövlətçilik ənənələrinə sadiq qaldığını ifadə edən H.Əsədov bundan sonra ölkə rəhbərinin siyasi kursunu dəstəkləyəcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub