Modern.az

Rusiya müdafiə nazirindən Azərbaycan üçün həyəcanlı xəbər var

Rusiya müdafiə nazirindən Azərbaycan üçün həyəcanlı xəbər var

29 Oktyabr 2019, 17:12

Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbi potensialı 2 qat artırılacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevanda səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyquya məlumat verilib. Hərbi hissənin komandiri olan polkovnik Nikolay Martınyuk bazada silah və hərbi texnikanın moderləşdiriləcəyini açıqlayıb.

 

Xatırladaq ki, 2044-cü ilə qədər Gümrüdə yerləşəcək 102-ci hərbi baza “S-300” zenit-raket kompleksi, Buk-M1 raketləri, MiQ-29 qırıcları, Mi-8MT hərbi-nəqliyyat və Mi-24P döyüş helikopterləri ilə təchiz olunub. Hərbi bazda 5 minə qədər hərbi qulluqçu xidmət edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir