Arxiv
28 Fervral 2012, 23:55 | AKTUAL
"Eurovision-2012"nin biletlərinin qiyməti açıqlandı - QİYMƏTLƏR

May ayında Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinin biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışda olacaq. Fevralın 29-dan yalnız mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satışda olacaq.  

Modern.az-ın “Eurovision-2012” müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  ikinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq.

“Eurovision-2012” şousunun təşkil olunacağı arena - “Bakı Kristal Zalı”nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa  Yayımları Birliyinin qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üşün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə yerli satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünəcək.

Alınan hər bilet həmin bilet sahibinin adına olacaq. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi daxil olunacaq. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılacaq. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz.  Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək.

Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri  konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq.

Qeyd edək ki, satışa 6 şounun biletləri çıxarılacaq. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq.

“Eurovision” Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları, eləcə də finalın məşqlərinin konsertləri əsas konsertlə tamamilə eynidir. Bu konsert canlı efirdə yayımlanan  əsas konsertdən bir gün əvvəl keçirilir.

Biletlərin qiymətləri 3 kateqoriya üzrə müəyyən edilib. Məşq konsertləri əsas şou ilə tamamilə eyni olsa da, biletlərin qiyməti aşağı olacaq.

May ayında keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinin biletlərinin qiyməti yerindən asılı olaraq belədir:

Birinci yarımfinalın əsas məşqi

21 may

saat 00.00

30 AZN-50 AZN

Birinci yarımfinal

(canlı şou)

22 may

saat 00.00

90 AZN-150 AZN

İkinci yarımfinalın əsas məşqi

23 may

saat 00.00

30 AZN-50 AZN

İkinci yarımfinal

(canlı şou)

24 may

saat 00.00

90 AZN-150AZN

Jüri finalı

25 may

saat 00.00

60 AZN-100 AZN

Final

(canlı şou)

26 may

saat 00.00

160 AZN-240 AZN

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56