Modern.az

Bakıda bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Bakıda bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Aktual

30 Oktyabr 2019, 09:44

Bu gün saat 05:02 radələrində Təcili Tibbi Yardıma dəm qazından zəhərlənmə barədə məlumat daxil olub.

Modern.az-ın məlumatına görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç 48 ünvanından bir ailənin 4 üzvü- 35 yaş ata, 32 yaşlı ana, övladları- 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir