Modern.az

“Məbləğ artdıqca pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər”

“Məbləğ artdıqca pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər”

Aktual

30 Oktyabr 2019, 10:59

 

Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı o1malıdır:

 

“Əgər, vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir. Yəni bu halda ona pensiya təyin edilmir. Qeyd edim ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir.

 

Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144= 28800 manat minimum kapital tələb olunur”.

 

İqtisadçı deyib ki, gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq:

 

“Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş strajı olmazsa, yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər. Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər.

Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq büdcənin töhvəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan mexanizmin dəyişdirilməsinə ehtiyac var”.

 

V.Bayramov təklif edib ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün:

“Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır