Modern.az

SOCAR-ın qayığında yaralananların vəziyyəti barədə son XƏBƏR

SOCAR-ın qayığında yaralananların vəziyyəti barədə son XƏBƏR

Aktual

30 Oktyabr 2019, 11:03

Səhiyyə Nazirliyi SOCAR-a məxsus qayıqda baş verən partlayış zamanı xəsarət alan 3 nəfərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Qurumdan Modern.az-a verilən məlumata görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir. Digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 29-da saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub