Modern.az

Əli Həsənov: “Əvvəllər belə konfranslar görəndə heyrətlənirdik”

Əli Həsənov: “Əvvəllər belə konfranslar görəndə heyrətlənirdik”

Aktual

30 Oktyabr 2019, 11:51

"Yeni yaradılmış SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi layihəsini çox yüksək qiymətləndirirəm".

Modern.az xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimindəki çıxışı zamanı söyləyib.

 

Əli Həsənov bildirib ki, biz əvvəllər belə tədbirlər, konfranslar görəndə heyrətlənirdik.

"Lakin Prezidentimizin uğurlu siyasəti sayəsində ölkəmizin modernləşdirilməsi həyata keçirildi. Bütün sahələrimizdə yenilənmə prossesi getdi, bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri arasında üçüncü yerdə dayanır. Görünən odur ki, QHT elektron sahədə KİVDF-dən qabağa keçdi. Bu günki SƏLİS proqramına görə, bu işə dəstək verən hər kəsə təşəkkürlərimi bildirirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır