Modern.az

Səhiyyə Nazirliyindən Oqtay Güləliyevin durumu ilə bağlı AÇIQLAMA - Beyni əzilib

Səhiyyə Nazirliyindən Oqtay Güləliyevin durumu ilə bağlı AÇIQLAMA - Beyni əzilib

Aktual

30 Oktyabr 2019, 12:03

Hüquq müdafiəçisi Oqtay Güləliyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə aparılıb.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:

“Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Güləliyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

Oqtay Güləliyevin oğlu Əli Güləliyevin bildirdiyinə görə, həkimlər atasının  vəziyyətinin kritik olduğunu bildirirlər:

“Beynində qanın həcmi artıb. Gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər