Modern.az

“Hökumətimizin ABŞ-a verəcəyi cavablar var” - Deputat Şamil Ayrım

“Hökumətimizin ABŞ-a verəcəyi cavablar var” - Deputat Şamil Ayrım

Dünya

30 Oktyabr 2019, 16:38

ABŞ Nümayəndələr Palatası 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələri “erməni soyqırımı” kimi tanımlayan qətnamə qəbul edib. ABŞ Nümayəndələr Palatasının bu qərarı Türkiyənin etirazına səbəb olub.

 

Məsələilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım bildirib ki, Amerikadakı erməni lobbisi prezident Donald Trampı küncə sıxışdırır.

 

“Tramp gələndən ermənilər qondarma soyqırım iddiaları bağlı mübarizə aparırlar. Trampın nüfuzunun azalmasından faydalanaraq belə addım atdılar. Sadəcə ABŞ-ın Türkiyənin “Barış pınarı” hərəkatında göstərdiyi səmiyyətə qarşı belə bir addım atması qəbuledilən deyil. Bu son dərəcə yanlışdır, biz ABŞ-ın bu addımını qınayırıq. Bizim hökumətimizin də bununla əlaqədar ABŞ-a verəcəyi cavablar var. Xarici İşlər nazirimiz bu gün ölkəmizin mövqeyini uyğun bir şəkildə ABŞ səfirinə çatdırdı”.

 

Şamil Ayrım bildirib ki, Türkiyə Böyük Millət Məclisi qondarma erməni soyqırımına görə qərar edib.

“Bu qərara görə, qondarma erməni soyqırımı məsələsinin tarixi baxımdan incələnməsi, dünyada bu məsələ ilə maraqlanan tarixçilər üçün arxivlər açıla bilər. Biz tariximizlə üzləşməyə hazırıq. Bu məsələdə biz çox rahatıq. Amma bu iş parlamentlərin işi deyil.  Parlametdəki insanlar bu işin əslini bilməzlər, bu işi tarixçilər bilər, onların ortaya qoyduqları işə görə siyasətçilər qərar verirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı