Modern.az

YAP-ın köhnə ofisi hansı partiyaya bağışlanacaq?..

YAP-ın köhnə ofisi hansı partiyaya bağışlanacaq?..

Aktual

31 Oktyabr 2019, 08:45

Yayılan bəzi məlumatlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) köhnə ofisinin iqtidaryönlü partiyalardan birinə veriləcəyi bildilir.

Amma YAP-dan bunu təkzib etdilər. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının əvvəlki qərargah binası hazırda istifadə olunmur.

Bu barədə YAP-dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, YAP-ın Səbail rayonunda yerləşən əvvəlki binası hələ də partiyanın balansında qalır. Halbuki, həmin binanın hələlik heç bir təyinatı yoxdur.

Qeyd edək ki, 2018-ci il mayın 18-nə qədər Yeni Azərbaycan Partiyasının inzibati binası Səbail rayonunda Bülbül küçəsi 13 ünvanında yerləşirdi. 2018-ci il mayın 18-də isə Xətai rayonunda Yusif Səfərov küçəsi 10 ünvanında Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir