Modern.az

Bağdadinin öldürüldüyü əməliyyatın VİDEOSU

Bağdadinin öldürüldüyü əməliyyatın VİDEOSU

Dünya

31 Oktyabr 2019, 10:35

Pentaqon İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü əməliyyatın kadrlarını yayımlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İdlib vilayətində keçirilən əməliyyatın videosunu ABŞ Qoşunlarının Mərkəzi Komandanlığının rəhbəri General-leytenant Kennet Makkenzi təqdim edib.

Videogörüntüdə xüsusi təyinatlıların əl-Bağdadinin yerləşdiyi binaya 2 tərəfdən yaxınlaşması əks olunub. Makkenzi əməliyyatdan sonra terrorçu liderin cəsədinin hərbi qaydalara uyğun olaraq dənizdə basdırıldığını, onunla birgə daha 4 qadın və 1 kişinin öldürüldüyünü əlavə edib.

 

Əl-Bağdadi ölüm anında özünü 2 uşaqla birlikdə partladıb.

Modern.az həmin əməliyyatın videosunu təqdim edir. Əsas döyüş kadrları 45:38-ci saniyədən başlayır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?