Modern.az

“Biz bu məsələdə birlikdə işləmək istədik, amma onlar istəmədilər” - Çavuşoğlu

“Biz bu məsələdə birlikdə işləmək istədik, amma onlar istəmədilər” - Çavuşoğlu

Dünya

31 Oktyabr 2019, 13:34

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin "Sülh Çeşməsi" əməliyyatı ilə bağlı tənqidlərə etiraz edərək əməliyyatın terror təşkilatına qarşı keçirildiyini bildirib.

 

Modern.az xəbər verir ki, Mövlud Çavuşoğlu Əl-Cəzirə kanalında gündəmə dair sualları cavablandırıb.

 

Çavuşoğlu DEAŞ (İŞİD) terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin ölü ələ keçirilməsi prosesində ABŞ və Türkiyənin müvafiq qurumları arasındakı əməkdaşlığı xatırladaraq vurğulayıb ki, “Biz bundan sonra istər DEAŞ, istərsə də YPG/PKK və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlıq etmək istərdik, çünki terrorun istənilən formasına qarşı mübarizə aparmasaq heç birimiz təhlükəsiz mühitdə yaşaya bilmərik.”

 

Türkiyənin Misirdəki çevriliş səbəbiylə bu ölkə ilə əlaqələrində gərginlik olduğuna işarə edən Çavuşoğlu “Ancaq bizim Səudiyyə Ərəbistanı ilə heç bir problemimiz yoxdur. Abu Dabi rəhbərliyi ilə də bir problemimiz yoxdur, amma onların bu gün Türkiyə ilə bağlı bəzi problemlərinin olduğunu görürük”- deyə bildirib.

 

M.Çavuşoğlu həmçinin qeyd edib ki, “Səudiyyə Ərəbistanının problemi nədir? Qaşıqçı öldürüldükdən sonra biz bu cinayəti ört-basdır etmədiyimiz üçün və bu məsələdə başqaları kimi pul alıb susmadığımız üçün bunu ikitərəfli məsələyə çevirdilər. Ancaq bizim üçün bu ikitərəfli məsələ deyildi. Bir insan vəhşicə öldürülüb və bu cinayəti törədənlər qanun qarşısında cavab verməlidir. Bizim inancımıza görə də bu belə deyilmi? Mədəni hüquq çərçivəsində. Bizim inancımız İslama görə onlar cavab verməlidir, amma bu günə kimi bunu görə bilmədik. Biz bu məsələdə birlikdə işləmək istədik, amma onlar istəmədilər.”

 

 

“Madam ki, Suriya mövzusunda çox həssas idiniz, niyə bu rejim bir milyon insanı öldürəndə susdunuz və bunun qarşısını almadınız?” deyə bildirən Çavuşoğlu bu ölkələrin YPG/PKK terror təşkilatının bölgədəki ərəblərə etdiyi zülmə də səssiz qaldığını və terror təşkilatına kömək etdiyini söyləyib.

 

“Bizim keçirdiyimiz əməliyyatla bağlı tənqidlərlə Yəməndə baş verənleri müqayisə etsək, bu zaman həqiqətən deyiləcək çox şey var. Biz əməliyyatı terror təşkilatına qarşı keçirmişik” deyə açıqlamasında bildirən Çavuşoğlu dinc əhalinin bundan təsirlənmədiyini vurğulayıb.

 

Türkiyədə 3,6 milyon Suriyalı qaçqının olduğuna və bunların 3 milyondan çoxunun ərəb olduğuna diqqət çəkən Çavuşoğlu, bu ölkələrin ərəb qaçqınlara da kömək etmədiyini xatırladıb.

 

Çavuşoğlu, türk lirəsinə qarşı hücumlarla bağlı isə bu sözləri qeyd edib:

“Hər dəfə bunu edənlər türk lirəsi bazarından zərərə uğrayaraq çıxmaq məcburiyyətində qalıblar. Türkiyə iqtisadiyyatı güclü ve dinamikdir, tək başına heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürə bilməz və yox edə bilməz. Biz bu təhdidlərdən çəkinsəydik əməliyyatı başlatmazdıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü