Modern.az

Daşnaksütyunun rəhbəri: “Bu dəfə türklər qalib gəldi”

Daşnaksütyunun rəhbəri: “Bu dəfə türklər qalib gəldi”

29 Fevral 2012, 15:51

“Bu dəfə türklər qalib gəldi. Türkiyənin hədələri öz işini gördü. Bu qərar Fransaya hörmət gətirmir”. Modern.az bildirir ki, bu sözləri ermənilərin ABŞ-da fəaliyyət göstərən «Ay-Dat» təşkilatının Ermənistanın ofisinin rəhbəri Kiro Manoyan Fransa Konstitutsiya Şurasının məlum qərarına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, fevral ayı onlar üçün uğursuz olub.
ABŞ-da doqquzuncu federal appeleyasiya məhkməsinin qərarı ilə Kaliforniya ştatında qəbul edilmiş qanun ləğv edilib. Bu qanuna görə, qondarma  “soyqırım qurbanlarının” ailələrinə təzminat ödənilməsi nəzərdə tutulurdu. Apellyasiya məhkəməsi belə qərara gəlib ki, bu qanun ABŞ-ın xarici siyasət kursuna və federal qanunlarına ziddir.     

K.Manoyan həmçinin bildirib ki, Sarkozi öz prezidentliyi müddətində situasiyanı dəyişə bilməyəcək. 
“Bir neçə gündən sonra Senat tətilə çıxacaq. Çətin ki, senatorlar növbədənkənar sessiyaya toplaşınlar”-deyə Manoyan vurğulayıb.

K. Manokyan həmçinin “Daşnakstyun” partiyasının rəsmilərindəndir.

X. SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi