Modern.az

Bələdiyyə seçkilərinə görə partiyaların nümayəndələri qeydə alındı

Bələdiyyə seçkilərinə görə partiyaların nümayəndələri qeydə alındı

Aktual

31 Oktyabr 2019, 17:26

Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Komissiyanın 23 oktyabr və 28 oktyabr 2019-cu ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

 

İclasda həmçinin, 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

 

Sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

 

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir