Modern.az

QHT Şurasının üzvlüyünə seçkilərin ilkin nəticəsi açıqlandı

QHT Şurasının üzvlüyünə seçkilərin ilkin nəticəsi açıqlandı

29 Fevral 2012, 16:58

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə iki ixtisaslaşmış QHT qrupunda seçkilər keçirilib.

Modern.az-ın məlumatına görə, İnsan hüquqları və demokratiya qrupu üzrə 61 QHT nümayəndəsi və 4 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazanıb:

Məmmədov Sahib Məlik oğlu (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri) -52 səs, Təmrazov Rafiq Qafar oğlu (“Bərabər İmkanlar” İctimai Birliyinin sədri) – 25 səs, Nurullayev Nəsrulla Nəsrulla oğlu (Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri ) – 17 səs.                            

Ailə, qadın və uşaq məsələləri qrupu üzrə  71 QHT nümayəndəsi və 6 namizədin (1 nəfər öz namizədliyini səsvermədən öncə geri götürdü) iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazandı:

Mirzəzadə Rəna Rza  qızı (Gender və İnsan hüququ Araşdırma Birliyinin sədri) – 36 səs, Quliyev Nazir Yunis oğlu (“Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri) – 30 səs, Əliyeva Kəmalə Natiq qızı (Qadın və Uşaqların problemlərinin Araşdırılması İctimai Birliyinin sədri) – 23 səs.

Növbəti iki qrupda seçkilər 1 mart 2012-ci ildə olacaq. Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında mediaya açıq şəraitdə keçir.



Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir