Modern.az

Paytaxtda İŞIQFORLAR işləmir - BNA sürücülərə müraciət etdi

Paytaxtda İŞIQFORLAR işləmir - BNA sürücülərə müraciət etdi

Aktual

1 Noyabr 2019, 09:50

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir:

 

“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar