Modern.az

“Azəriqaz” Xətaidə yolu qazdı, maşınlar çuxura düşdü

“Azəriqaz” Xətaidə yolu qazdı, maşınlar çuxura düşdü

Aktual

1 Noyabr 2019, 09:57

Bakının Xətai rayonu Məzahir Rüstəmov küçəsində “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən aparılan qazıntı işlərilə əlaqədar ərazidə problem müşahidə olunmaqdadır. Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi məlumata görə, qazıntı aparılan yerin üstü örtülmədiyindən bəzi avtomobillər həmin çuxura düşüb.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:


“Ərazidə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 100 millimetr diametrində polietilen qaz boru kəməri çəkilib. Çəkiliş vaxtı eni 70-80 santimetr, dərinliyi 80 santimetr olan qazıntı aparmışıq. Boru yerinə atılıb, doldurma işləri həyata keçirilib. İşlər həyata keçirilərkən heç bir problemlə qarşılaşmamışıq. Asfaltlama prosesi üçün ilkin mərhələni tamamlamışdıq”.


C.Səfərovun sözlərinə görə, yolun altının qaçmasının yağış sularının intensivliyi səbəbindən olduğu ehtimal edilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar