Modern.az

Ukraynada qripdən bir gündə 18 nəfər vəfat edib

Ukraynada qripdən bir gündə 18 nəfər vəfat edib

26 Dekabr 2009, 19:21

Ukraynada  qripdən bir gün ərzində 18 nəfər dünyasını dəyişib. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən yaydığı məlumata əsasən, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bugünkü açıqlamasında qeyd olunur.
Məlumatda bildirilir ki, bir gün ərzində ölkədə qrip və onun ağır fəsadlarından 18 nəfər vəfat edib. Ölkənin 19 vilayətində və Krımda epidemioloji durum kəskinləşib. Ukrayna qripə oktyabrın 29-dan tutulub. O vaxtdan 3,5 milyon insan qrip xəstəliyi keçirib. 466 nəfərdə A/H1N1 virusu aşkar olunub, onlardan 202 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir