Modern.az

“Türkiyə terrorla mübarizədə əzmli və qərarlıdır” - Fəxrəddin Altun 

“Türkiyə terrorla mübarizədə əzmli və qərarlıdır” - Fəxrəddin Altun 

Dünya

1 Noyabr 2019, 11:40

“ABŞ siyasi xadimləri və siyasətçilərin bir terror təşkilatının lobbiçiləri tərəfindən şantaj edilmələrinə imkan vermələri təəssüfedici haldır”.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün tvitter səhifəsində yazıb.

 

O, qeyd edib ki, NATO müttəfiqi ilə strateji əlaqələrə ziyan vurmaq məsuliyyəti terror qrupları ilə tərəfdaşlıq edənlərin üzərinə düşəcəkdir.

 

“Prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Türkiyənin qərarlılığına mane olmaq üçün edilən hər hansı bir cəhdin bizim üçün hökmü yoxdur. Türkiyə terrorla mübarizədə əzmli və qərarlıdır. Biz bunu xalqımızın və bütün dünyadakı insanların təhlükəsizliyini təmin etmək üçün edirik”, - deyə Fəxrəddin Altun bildirib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır