Modern.az

Bu gündən hava yenidən pisləşəcək, qar yağacaq

Bu gündən hava yenidən pisləşəcək, qar yağacaq

1 Mart 2012, 10:40

Modern.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aldığı məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən səhər və axşam saatlarında az yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu günün birinci yarısında 6 dərəcəyədək isti, axşam doğru isə 2 dərəcəyə yaxın olacaq.
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 10-15 dərəcə isti, dağlarda gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək, temperaturun ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir