Modern.az

Erməni diasporu “soyqırımını” Senatda təsdiqlətmək üçün hərəkətə keçdi

Erməni diasporu “soyqırımını” Senatda təsdiqlətmək üçün hərəkətə keçdi

Dünya

1 Noyabr 2019, 17:16

ABŞ-dakı erməni diasporu 1915-ci il hadisələrinin “soyqırımı” kimi xarakterizə olunması üçün Senata təzyiqlər göstərir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Erməni Milli Komitəsi 159 nömərli qətnamənin Senatda qəbul olunması üçün təşviqat kapmaniyasına başlayıb.

 

Erməni Milli Komitəsinin ABŞ-ın Qərb sahili üzrə direktoru Armen Saakyan 100 nəfərlik Senatda azı  21 nəfərin “soyqırımı” qətnaməsini qəbul etdiklərini diqqətə çatdırıb. O digər senatorlarla da aktiv işləyərək, onların qərarı dəstəkləməsinə və qısa zamanda səsvermə keçirməyə çalışacaqlarını bəyan edib.

“150 nömrəli qətnamə Senata apreldə təqdim olunacaq. Prosessual baxımdan Senat Nümayəndələr Palatasında fərqli vaxt təyin edə bilər”-deyə Saakyan deyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü