Modern.az

Ermənilər niyə ölmək istəyir?

Ermənilər niyə ölmək istəyir?

1 Mart 2012, 14:56

Ermənistanda iqtisadi böhranın dərinləşməsi, aclıq, səfalət ölkə əhalisi arasında intihar hallarının artmasına səbəb olub.

Modern.az saytının Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən il Ermənistanda 647 intihar hadisəsi baş verib. İntihar halları əsasən pensiyaçılar arasında daha çox təsadüf edilir. Özünə qəsd edənlərin sayı 2009-cu illə müqayisədə 30 faiz artıb. Ölkənin statistika idarəsinin rəsmi məlumatlarına əsasən, intihar edənlərin 57 faizi 30-65 yaşlı işsizlərdir. Qeyd eədk ki, Ermənistanda işsizliyin səviyyəsi 6 faiz artıb.Lakin qeyri-rəsmi mənbələrdə bu rəqəm daha yüksək olduğu bildirilir. Ermənistanda işsizlik səviyyəsinin artması, əhalinin böyük əksəriyyətinin aşağı yoxsulluq həddində yaşaması da intihar hadisələrinin əsas səbəbidir.
Digər araşdırmalara görə isə, intihar edənlər arasında ölkədə sürətli bahalaşmadan əziyyət çəkənlərdə az deyil.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir