Modern.az

Bakıda da Şəhər İcra Hakimiyyətinə qarşı aksiya keçirildi

Bakıda da Şəhər İcra Hakimiyyətinə qarşı aksiya keçirildi

1 Mart 2012, 15:19

Bu gün Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Axundov bağında sərbəst toplaşma azadlığının təmin olunması tələbilə flaşmob keçirib. Flaşmobda gənclər əllərində “TOPLAŞMA AZADLIĞIMIZI TƏMİN EDİN!”, “ENSURE OUR FREEDOM OF ASSEMBLY!” sözləri yazılmış kağızlar tutaraq tələblərini ifadə ediblər. Bu barэвэ GHMK mətbuat xidmətindən məlumat verilib.

Onlar mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdikləri müraciətlərinə cavab verilməməsinə etiraz etdiklərini bildiriblər.

GHMK 4 martda mitinq keçirməklə bağlı fevral ayının 13-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciətdə martın 4-də “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Qarabağ” tələbləri ilə Füzuli meydanında, Nərimanov və Təbriz kinotetrlarının qarşısında 1500 nəfər gəncin mitinq keçirmək tələbi əks olunmuşdu. BŞİH isə gənclərin müraciətinə təyin olunmuş vaxta 3 gün qalmış cavab verməli olduğu halda, gənclərin dəfələrlə əlaqə saxlamaq istəyinə baxmayaraq qanunsuz olaraq cavab verməkdən yayınıb.

GHMK-nın İdarə Heyətinin üzvü Rəşad Həsənov bu gün də İcra Hakimiyyətinə bir neçə dəfə zəng etdiklərini bildirir: “Bundan əvvəl də hər gün dəfələrlə BŞİH ilə əlaqə saxlamaq istəmişik. İcra Hakimiyyətinin nümayəndəsi Zaur Ramazanov bizə qərarla bağlı martın 1-də rəsmi cavabı gəlib öyrənə biləcəyimizi demişdi. Dünən axşam da onunla danışdıq və bizə səhər dəqiq məlumat verəcəklərini bildirmişdi. Bu gün də dəfələrlə İcra Hakimiyyətinə zəng vurduq, bizə Zaur Ramazanovun orda olmadığını dedilər. Daha sonra Zaur Ramazanov özü bizə zəng vuranda, ona bu gün bizə dəqiq məlumat verməli olduğunu dedik. O isə bizə verdiyi sözü təkzib edərək, cavab verməyin İcra Hakimiyyətinin səlahiyyətində olduğunu, lazım bildikləri vaxt cavab verəcəklərini dedi”. Rəşad Həsənov cavabı hələ də gözlədiklərini bildirir, təqdim olunacaq yerin hara olmasından asılı olmayaraq mitinqə hazırlıqlarının yüksək səviyyədə davam etdiyini bildirir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi