Modern.az

QHT Şurasının üzvlüyünə daha iki qrupda seçki keçirildi - SİYAHI

QHT Şurasının üzvlüyünə daha iki qrupda seçki keçirildi - SİYAHI

1 Mart 2012, 17:27

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə daha iki QHT qrupunda seçkilər keçirildi. Modern.az bununla bağlı məlumatları təqdim edir:

Qaçqın, köçkün, əlil və müharibə veteranları məsələləri üzrə 33 QHT nümayəndəsi və 6 namizədin (1 nəfər öz namizədliyini səsvermədən öncə geri götürdü) iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazandı: Qədirov Vüqar Kərim oğlu (Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri) - 25 səs, Orucov Sərraf Vəliş oğlu (Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti) – 16 səs, Hüseynov Əbülfət Məcid oğlu (Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini) – 11 səs.     
               
İqtisadi və sosial məsələlər üzrə - 83 QHT nümayəndəsi və 11 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazandı:  Qonaqov Rufiz Rəhim oğlu ( Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri) – 42 səs, Vəliyeva Dilarə Hatəm qızı (“Mülk” İctimai Assosiasiyasının prezidenti) – 40 səs, Əliyeva Solmaz Gülbala qızı (“Gənc mühasiblər” İctimai Birliyinin sədri) – 24 səs.

Qeyd: Seçkilərdə iştirak edən hər bir QHT nümayəndəsi üçədək namizədə səs verə bilər.

Növbəti iki qrupda seçkilər 02 mart 2012-ci ildə olacaq.

Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında mediaya açıq şəraitdə keçir.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?