BƏNZƏRSİZ YAĞIŞ
Yağış yağar çölə-düzə nur ələr,
Məhəbbətdən yanan qəlbə su çilər,
Torpağa bar-bəhər, bərəkət gələr,
Bu gün yağan o yağışa oxşamır.
Yağışsız çəmənlər çiçək bitirməz,
Torpağı bir arzu, kama yetirməz,
Bağlar barsız qalar, bəhrə gətirməz,
Bu gün yağan o yağışa oxşamır.
Sevgililər çətir altda sığınar,
Ürəklər eşq ilə alışar- yanar,
Könüllər bulaq tək coşar -qaynayar,
Bu gün yağan o yağışa oxşamır.
Göylərdən gələnə oxşamır yağış,
Nur səpən yağışa oxşamır yağış,
Dünyanı su basır, çaxnaşır yağış,
Bu gün yağan o yağışa oxşamır.
Təlatüm yaradıb bugünkü yağış,
Tutub yer üzünü ele bil qarğış,
Akif, gileylənmə bununla barış,
Bu gün yağan o yağışa oxşamır...
Akif Təvəkküloğlu
22.10.08