Modern.az

4 yaşayış məntəqəsinə qaz verildi

4 yaşayış məntəqəsinə qaz verildi

6 Noyabr 2019, 16:50

Gəncə şəhərinin Sevil Qazıyeva küçəsinin qazlaşdırılması işləri başa çatıb və 34 fərdi yaşayış evinə mavi yanacaq verilib.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. 

 

Bildirilib ki, bundan başqa Gəncə şəhərinin Məhsəti qəsəbəsində də 84 fərdi evə qazın verilməsi təmin olunub. Hər iki yaşayış məntəqəsində qazlaşma işlərinin icrası üçün ümumilikdə 7845,5 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib və 118 ədəd qaz sayğacı quraşdırılıb.

 

Həmçinin Samux rayonunun Alıuşaqlı kəndi və Şirvan şəhəri, kənd evləri yaşayış massivinin qazlaşdırılması işləri də tamamlanıb. Samux rayonunun Alıuşaqlı kəndində 240, Şirvan şəhəri, kənd evləri yaşayış massivində isə 481 fərdi yaşayış evi qazla təmin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır