Modern.az

Azərbaycanda Aşura günü qeyd edilib

Azərbaycanda Aşura günü qeyd edilib

27 Dekabr 2009, 11:29

28 Dekabr Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.
Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd ediblər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.
Bu gün insanlar məscidlərə gedib, nəzir verir və ehsan paylayır.
Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilir.
Dekabrın 28-də ölkə ərazisində qanvermə aksiyası keçirilib. Aksiya səhər saat 9.00-dan başlayıb. Paytaxtın yeddi məscidində qanvermə aksiyası təşkil olunub. Belə aksiyaların birində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə də qan verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi