Arxiv
6 Noyabr 2019, 18:04 | AKTUAL
 “Məhkəmələr arasında fikir ayrılığı aradan qaldırılacaq”

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, komitənin sədri Əli Hüseynli Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələnin eyni zərfdə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, bu dəyişikliklər ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyır.

 

İclasda çıxış edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyib ki, müvafiq Fərmandan irəli gələrək “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara (birinci oxunuş), həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi (birinci oxunuş) təklif olunur. Bu dəyişikliklər vahid məhkəmə təcrübəsinin yaradılmasına xidmət edəcək, məhkəmələr arasında fikir ayrılığını aradan qaldıracaq və məhkəmə ekspertizasının təyin edilməsindəki problemlərin həllinə kömək edəcək.

 

Sonra çıxış edən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi Elçin Nəsibov bildirib ki, bu dəyişikliklər hazırlanarkən bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb, beynəlxalq təcrübə nəzərə alınıb. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişikliklərdə məhkəmə ekspertinə verilən tələblər, məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi, məhkəmə ekspertlərinin attestasiyası, məhkəmə ekspertlərinin reyestri, məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri, məhkəmə ekspertizasının aparılmasının əsasları və digər məsələlər öz əksini tapıb. Qeyd edilib ki, gündəlikdəki digər qanunlara təklif olunan dəyişikliklər də bu qanuna ediləcək dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

 

İclasda çıxış edən komitə üzvləri Tahir Kərimli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Elşən Musayev, Azay Quliyev və Məlahət İbrahimqızı ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi baxımından təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər.

 

Müzakirələrdən sonra gündəlikdəki 11 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda professor evində ölü tapıldı 21 Noyabr 2019, 11:58 Sarksiyan hakimiyyəti Paşinyana verməsindən PEŞMANDI: “Məni qınıyırlar ki...” 21 Noyabr 2019, 11:48 Məzunlar Azərbaycanı ABŞ-da uğurla təmsil edib 21 Noyabr 2019, 11:47 Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək 21 Noyabr 2019, 11:46  “Azərenerji” yeni sistem yaradır - VİDEO   21 Noyabr 2019, 11:43 “Bu yenilik QHT-Hökumət əməkdaşlığını və dialoqu daha da gücləndirəcək” - Azay Quliyev 21 Noyabr 2019, 11:35 Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!” 21 Noyabr 2019, 11:26 Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək? 21 Noyabr 2019, 11:25 ATƏT sədri Azərbaycana gəlir 21 Noyabr 2019, 11:20 “Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar” - Elmira Süleymanova 21 Noyabr 2019, 11:12 “Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov 21 Noyabr 2019, 11:08 SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi 21 Noyabr 2019, 11:06 Şəhid adından istifadə edən dələduz AXTARILIR 21 Noyabr 2019, 11:00 “Paşinyana yaxşı suallar hazırlamışdıq” - Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB 21 Noyabr 2019, 10:56 Ermənilərə qarşı mübariz, müəmmalı şəkildə ölən hüquqşünas - DOSYE 21 Noyabr 2019, 10:40 Sabunçuda işığın kəsilməsinin səbəbi açıqlandı 21 Noyabr 2019, 10:30 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO 21 Noyabr 2019, 10:25 Bakıda bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 10:22 Bakıda iki uşağın üzərinə qaynar su töküldü 21 Noyabr 2019, 10:15 “Instagram” qaydalarını pozan tətbiq silindi 21 Noyabr 2019, 10:13 Fərman Salmanov adına təqaüd RƏSMİLƏŞDİ 21 Noyabr 2019, 10:04 General Yaşar Büyükanıt vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükür edin” 21 Noyabr 2019, 09:47 Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ 21 Noyabr 2019, 09:44 Ombudsmanın mətbuat katibi işdən çıxdı 21 Noyabr 2019, 09:39 Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18 Manatın bugünkü MƏZƏNNƏSİ 21 Noyabr 2019, 08:16 Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30