Modern.az

Bıçaqla hədələyib 200 manatını aldı

Bıçaqla hədələyib 200 manatını aldı

6 Noyabr 2019, 19:42

Polis Bakıda quldurluq edən şəxsi yaxalayıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında bir nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

 

Quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI