Arxiv
6 Noyabr 2019, 20:33 | AKTUAL
"Polat Alemdar"ın qardaşı barədə şok İDDİA

“Kurtlar vadisi” serialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmazın qardaşı Raci Şaşmaz fırıldaqçılıqda təqsirləndirilir.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Fikirtəpə ərazisində başlamadan bitən “Brooklyn” inşaat layihəsi zamanı zərər çəkən 131 nəfərin şikayəti üzrə İstanbul Anadolu Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi təqdim olunub. Pul ödədikləri halda mənzillərini ala bilməyən şikayətçilərin ərizəsi əsasında cinayət işi başlanılıb.

Təqsirləndirilənlər arasında “Kurtlar vadisi”, “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarının prodüser və ssenari müəllifi Raci Şaşmaz, onun yaxın qohumu Əhmət Mahir Şaşmazın adı da var.

Zərərçəkənlər arasında sabiq deputat İhsan Özkesin də adının olduğu müəyyənləşib. Sabiq deputat üç evin pulunu ödədiyi halda hələ də mənzillərin ona verilmədiyini açıqlayıb.

Fırıldaqçılıqda təqsirləndirilən Raci məhkəmədə ifadə verib:

“Əsas işim film və serial sektorudur. İnşaat işləri ilə maraqlanmıram. Bütün səlahiyyət şirkətin müdir köməkçisi Kürşat Coşkun Ufukda idi. Məsuliyyət onda idi. Sadəcə olaraq güvəndiyim üçün mənə verilən sənədləri imzaladım. Baş verənləri isə sonradan öyrəndim”.

Qeyd edək ki, Necati və Raci Şaşmaz yollarını 2013-cü ildə qalmaqallı şəkildə ayırıblar. “Kurtlar Vadisi”nin ssenari müəllifləri komandadan ayrıldıqdan sonra iki qardaş arasında münasibətlər gərginləşib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda professor evində ölü tapıldı 21 Noyabr 2019, 11:58 Sarksiyan hakimiyyəti Paşinyana verməsindən PEŞMANDI: “Məni qınıyırlar ki...” 21 Noyabr 2019, 11:48 Məzunlar Azərbaycanı ABŞ-da uğurla təmsil edib 21 Noyabr 2019, 11:47 Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək 21 Noyabr 2019, 11:46  “Azərenerji” yeni sistem yaradır - VİDEO   21 Noyabr 2019, 11:43 “Bu yenilik QHT-Hökumət əməkdaşlığını və dialoqu daha da gücləndirəcək” - Azay Quliyev 21 Noyabr 2019, 11:35 Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!” 21 Noyabr 2019, 11:26 Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək? 21 Noyabr 2019, 11:25 ATƏT sədri Azərbaycana gəlir 21 Noyabr 2019, 11:20 “Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar” - Elmira Süleymanova 21 Noyabr 2019, 11:12 “Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov 21 Noyabr 2019, 11:08 SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi 21 Noyabr 2019, 11:06 Şəhid adından istifadə edən dələduz AXTARILIR 21 Noyabr 2019, 11:00 “Paşinyana yaxşı suallar hazırlamışdıq” - Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB 21 Noyabr 2019, 10:56 Ermənilərə qarşı mübariz, müəmmalı şəkildə ölən hüquqşünas - DOSYE 21 Noyabr 2019, 10:40 Sabunçuda işığın kəsilməsinin səbəbi açıqlandı 21 Noyabr 2019, 10:30 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO 21 Noyabr 2019, 10:25 Bakıda bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 10:22 Bakıda iki uşağın üzərinə qaynar su töküldü 21 Noyabr 2019, 10:15 “Instagram” qaydalarını pozan tətbiq silindi 21 Noyabr 2019, 10:13 Fərman Salmanov adına təqaüd RƏSMİLƏŞDİ 21 Noyabr 2019, 10:04 General Yaşar Büyükanıt vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükür edin” 21 Noyabr 2019, 09:47 Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ 21 Noyabr 2019, 09:44 Ombudsmanın mətbuat katibi işdən çıxdı 21 Noyabr 2019, 09:39 Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18 Manatın bugünkü MƏZƏNNƏSİ 21 Noyabr 2019, 08:16 Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30