Modern.az

İşgəncələrə məruz qalan İraq türklərinin fotoları Modern.az-da

İşgəncələrə məruz qalan İraq türklərinin fotoları Modern.az-da

Reportaj

28 Dekabr 2009, 02:00

İraqın Kərkük bölgəsinin dinc türk sakinləri basqı, qorxu altında yaşamaqdadırlar. İraqlı millət vəkili Fevzi Ekrem Terzioğlunun Modern.az-a verdiyi yeni açıqlamaya görə, yerli hakimiyyəti ələ keçirmiş kürd məmurlar Kərkük türkmanlarının başlarına böyük bəlalar gətirməkdədirlər. Türkmanlar həm də işğalçı Amerika əsgərlərinin təzyiqlərinə məruz qalırlar.

Fevzi Ekrem Terzioğlu Modern.az-a Kərkük türkmanlarının işgəncə və təhqirlərə məruz qalan dinc sakinlərinin fotolarını da təqdim edib. Həmin fotoşəkillərdə insanlığa sığmayan işgəncələrin izləri əks olunub.

Deputatın sözlərinə görə, hakimiyyətdəki qruplaşmalara arxalanan kürdlər dinc türkmanları qaçırır, onlara qarşılıq fidyələr istəyirlər. Fevzi Ekrem Terzioğlunun verdiyi məlumata görə, bəzən hüquq-mühafizə orqanlarına rəhbərlik edən kürdlər əsassız olaraq türkmanları tutub həbsxanalara salırlar. Onlar uzun zaman heç bir günahları olmadan məhkəməsiz həbsxanalarda saxlanılır, dəhşətli işgəncələrə, təhqirlərə məruz qalır, alçaldılır, zorlanır, qətlə yetirilirlər. Türkmanlar bu cür vəhşilikləri amerikan hərbçilərindən də görürlər.

“Acı gerçəkliyi dünyaya çatdırmaq istəyirik, amma qulaqlar bunu eşitmək istəmir. Hər gün Türkman elində terror törədilir, insanlar günahsız qurbana çevrilir. Nə yazıqlar ki, dünya ictimaiyyəti buna diqqətsizdir”-deyə İraqlı millət vəkili saytımıza bildirib.

Fevzi Ekrem Terzioğlunun saytımıza təqdim etdiyi videodisklərdə isə həbsxanalarda kürdlər tərəfindən soyundurularaq təhqir edilən, alçaldılan türkman kişilərinin başlarına gətirilən vəhşiliklər lentə alınıb.  

Qeyd edək ki, bizə təqdim edilən şəkillərin bəzilərində türkman kişilərin və qadınların cinsiyyət orqanlarına vurulan yandırıcı damğalar və yaralar, zorlanma görüntüləri əks olunub.  Bu səbəbdən də həmin fotoları sayta yerləşdirə bilmədik. Onu da qeyd etmək lazımdır ki, vəhşiliyi özündə əks elətdirən həmin foto və videogörüntülərin bəziləri həbsxanada türkmanlara işgəncə verən kürdlər tərəfindən lentə alınıb. Məlumatlara görə, həbs olunan, fidyə istəmək məqsədilə qaçırılan türkmanlara həmin görüntüləri göstərməklə onları mənən sındırmaq, psixoloji təzyiqlər göstərmək məqsədi güdülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

  Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər