Arxiv
8 Noyabr 2019, 09:37 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: Çələbizadə Əhməd Əfəndi niyə güllələnmişdi...

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Azərbaycan xalqının milli sərvətinin – maddi və mənəvi abidələrinin toplanması, qorunması və gələcək  nəsillərə ötürülməsi sahəsində fədakarlıqla çalışan şəxslərdən biri də Əhməd Əfəndi Çələbizadə olub. O, dövrünün görkəmli din xadimi və ziyalısı kimi tanınıb. Çələbizadə Qubada ilk dəfə tarix muzeyi yaratmış, habelə bölgənin etnoqrafik tədqiqi ilə məşğul olub.

           
Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubada doğulub. Tiflisdə ruhani məktəbində təhsil alıb, Qubaya qayıtdıqdan sonra Cümə məscidində ruhani kimi fəaliyyət göstərib. Eyni zamanda, məscidin yanında yerləşən mədrəsədə müəllimlik edib. Arxiv materiallarından məlum olur ki, Əhməd Əfəndi öz xalqının tarixinə və mədəniyyətinə yaxından bələd olub, bölgədə ədəbiyyat bilicisi kimi tanınıb, bir neçə dil bilib. Məhz öz xalqının tarixinə və mədəniyyətinə sonsuzməhəbbət və maraq onun Qubada muzey yaratması ilə nəticələnib. O, 1924-cü ildə “Cümə məscidi” yanında dərs dediyi mədrəsədə muzey yaradıb, burada Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar toplayıb. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olub. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb, bir sıra əşyaların muzeyə verilməsinə nail olub. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı. Təbii ki, mövcud ekspozisiya tələb olunan səviyyədə deyildi və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Quba bölgəsinin zəngin tarixini və mədəniyyətini dolğunluğu ilə əks etdirmirdi. İlk növbədə ictimai əsaslarla fəaliyyət göstərən  muzey sonradan dövlət müəssisəsinə çevrilir və onun yaradıcısı bu muzeyin direktoru təyin olunur. Lakin muzeyin dövlət müəssisəsi kimi fəaliyyəti uzun sürmür. 1937-ci ildə Əhməd Əfəndinin repsessiyaya məruz qalması ilə əlaqədar muzeyin fəaliyyəti də dayanır. Mədəni dəyərlərimizin cəfakeş toplayıcısı və qoruyucusu olan bu işıqlı ziyalı 1937-ci il sentyabrın 1-də güllələnir.

           
Əhməd Çələbizadənin Quba bölgəsinin etnoqrafiyası ilə bağlı araşdırmaları xüsusi əhəmiyyət kəsb edir. O, 1930-cu illərdə Quba bölgəsinin etnoqrafiyasına aid çöl-tədqiqat işləri aparıb. Bu tədqiqat işləri uzun illərdir ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 164№li fondda mühafizə edilir. 71 şagird dəftərindən ibarət olan bu tədqiqat işlərində Quba rayonuna aid etnoqrafik materiallar, Quba xalqının adət və ənənələri, icra etdikləri dini mərasimlərlə bağlı qiymətli materiallar toplanıb. Bu tədqiqat işində bölgədə mövcud adət və qaydalar, o cümlədən toy adətləri, dini adətlər, bayramlar, sınaqlar, etiqadlar, dini mərasimlər, habelə bölgənin təsərrüfat həyatı - əkinçilik, bostançılıq, tərəvəzçilik barədə geniş məlumat verilib.

           
Ə.Çələbizadə Quba şəhərininhəmin dövrdə xalq arasında qəbul olunmuş o zamankı qeyri-formal ərazi bölgüsündən bəhs edərkən yazır ki, Quba şəhəri dörd məhəllədən ibarətdir. Bunlardan birincisi Bayır şəhər, ikincisi Orta qapı, üçüncüsü Məscid qabağı, dördüncüsü isə “Ərdəbil”dir.

           
Ümumiyyətlə, Ə.Çələbizadənin tədqiqatlarında Quba bölgəsi əhalisinin adət- adətləri, dini-mifoloji görüşləri barədə geniş məlumatlar toplanıb ki, bunları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Paltar və qiyafətlə bağlı adətlər;

2. Yemək- içməklə bağlı mövhumi adətlər;

3. Heyvanlar ilə mübarizədə dini adətlər;

4. Təbiətin müqəddəs sayılması;

5. Dini nəzəriyyə;

6. Suların müqəddəs sayılması;

7. Müqəddəs dağ-təpələr;       

8. Ovçuluq;

9. Xəstələrə mövhumi təbabətin təsiri, doğuşda dini adətlər;

10. Toy adətləri, ölüm adətləri, müxtəlif bayramlar, məhərrəmliklə bağlı adətlər və s.

           
O, Qubada məşhur dini bayramlardan danışarkən Orucluq bayramı, Qurban bayramı, Qədr-xum bayramı, Novruz bayramının xalq tərəfindən qeyd edildiyini vurğulayır və hər bir bayramın necə icra edildiyini ətraflı şəkildə təsvir edir.

           
Ə.Çələbizadə Novruz (nevruz) bayramının Quba şəhərində olduqca təntənəli keçirildiyini xüsusi olaraq qeyd edir. Ə.Çələbizadənin söylədiyinə görə, qubalılar “Noruzdan qabaq olan “3” çərşənbə (cəharşənbə) günlərini xeyli müqəddəs hisab edirlər ki, bu çərşənbələrin də müəyyən adları vardır:  kül çərşənbə, gül çərşənbə və axır çərşənbə”.

           
Lakin Ə.Çələbizadə Novruzu “mevhumi bayram” adlandırır və yazır ki, “Novruz bayramı da digər mevhumi bayram və ənələri kibi aramızdan çıqıb getmişdir. Bunun izlərini yalnız əski devrin tör-töküntüsü olan məşədilər, kərbəlayilər, hacılar, zinəzənlər ailəsində görmək olar”.

           
O, Qubada yaşayan azsaylı xalqlardan olan yəhudilərdə mövcud olan bayramlardan iydu dar (meyvə bayramı) , hamun(novruz bayramı), ə`səltə(qızılgül bayramı), suran (qətl), səlhut-roşə sunə (qurban bayramı), kupur (şam bayramı), suka (şax bayramı), nisax (fətirxan bayramı) kimi bayramların adını çəkir və hər birinin xüsusiyyətlərini açır.

           
Ə.Çələbizadənin Qubada təşkil olunan aşura mərasimi ilə bağlı təsvirləri də maraqlıdır:

           
“Aşura günü küçələrin içi, qaldırımlar, balqonlar, dukan damları, ev damları, xülasə hər yer tamaşaçılarla dolu olur. Hətta xəstələrin yorğan döşəklərini damda və ya xud balqonda sərirlər ki, xəstədə tamaşa “feyzindən”məhrum olmasın... Əyninə ağ xilətdən kəfən geyən bir dəstə adam qılınclarını əllərinə alaraq başlarını doğramağa başlayır. Vurulan qılıncların yerindən qan fəvvarə vurur. Qan fəvvarə vurduqca qılınclar təkrar başa endirilir...Yaralıların bəziləri bir-iki dəfə dövr etdikdən sonra bayılır... Hələ bəzi namadar dəliqanlılar ət ilə dərinin arasına qılınc, tüfəng və qıfıl kibi alətləti keçirib şaxsey meydanına gəlirlərdi”.

           
Sonda o, fikrini bildirərək yazır ki, “Baqınız nə qədər iyrənc və nə qədər vəhşiyanə bir mənzərə...”.

           
O, məhərrəmlik zamanı İrandan gəlmə mərsiyəxanların müxtəlif hiylə ilə camaatı aldadaraq əski zamanın parası ilə 300-400 manat əldə etdiklərini, hələ bununla kifayətlənməyibaşuradan 40 gün sonraya qədər məsciddə mərsiyə oxuduqlarınısərt şəkildə tənqid edir.

           
Ə.Çələbizadə həmin dövrdə qubalılar arasında yemək-içməklə bağlı mövcud olan mövhumi adətlərdən bəhs edərkən yazır ki, “mollaların söylədiklərinə görə bu dünyada olan qavun-yemiş içində o dünyada olan behişt qavunlarından bir qətrə su qarışmışdır. Hər kim qavun çoq yeyərsə qəlbi nurlanar. Bu söz hal-hazırda xalqın ağzında söylənmək ilə bərabər bu işə əməl dəxi olunur”.

           
Çələbizadənin araşdırmalarından məlum olur ki, “xalqın etiqadında böylə bir şey dəxi bəslənir ki pomidor adlı bitkini və kartofu ruslar əkdiyinə görə həram və murdar hesab olurdu. İnqilabdan sonra bu çürük etiqad xalqın ürəyindən silinmiş, xalq bu bitkilərdən külli istifadə edir və yeyir. Hətta Qubanın şəhərində və kəndlərində külli miqdar da kartof və pomidor əkilir. Lakin bunun haram olması barəsində hal-hazırda kütlə içərisində 100 də 5 % töküntü etiqadçı tapmaq olar”.

           
O, Qubada məşhur olan müalicəvi sulardan bəhs edərkən yazır ki, bu sular xalqın etiqadına görə müqəddəs sayılır. Bunlardan ən məşhurlarının  - Amsar isti suyu, Xaltan isti suyu, Xanəgah isti suyu, Pir bəhyə isti suyunun adını çəkir  və hər birinin müalicəvi xüsusiyyətlərini sadalayır. Ə.Çələbizadə yazır ki, bu sular hamısı ona görə müqəddəs sular hesab olunur ki, qubalıların fikrincə bunların hər birində pir və evliya məqamı vardır.

           
Fədakar tədqiqatçı “keçmişdə ruhanilərin ticarət bazarı olan məscid və təkyələrin indi ümumin mənfətinə olan məktəb, çocuq bağçası və qeyri təşkilat müəssisələrinə çevrildiyini” də qeyd edir. 

           
Çələbizadənin tədqiqatlarında Qubanın təsərrüfat həyatına – əkinçilik, bağçılıq, bostançılığa aid geniş məlumat vardır. O,Qubada mövcud olan və kənarda gətirilmiş alma sortlarından bəhs edərkən 61 növ alma sortunun adını sadalayır. Ümumiyyətlə, həmin tədqiqatlarda sadalanan meyvə sortlarının adları və təsnifatı bugünkü müasir bağçılıq elmi üçün də maraqlı ola bilər.

O, qubalıların ovçuluq ənələrindənyazarkən Qubada ən çox ovlanan heyvanları sadalamaqla bərabər o dövrdə qubalılar arasında məşhur olan ovçuluğa dair əfsanədən də bəhs edir. Həmin əfsanəyə görə 3 sənətə çox adət edən şəxsin -baş kəsən, yaş kəsən,daş kəsənin ömrü olmaz. Yəni qubalıların etiqadına görə heyvan başını çox kəsən,daş doğrayan, həmçinin yaş odun və meşə doğrayanın ömrü qısa olar.

           
Ə.Çələbizadənin araşdırmalarından Qubanın mətbəxi və qədim yeməkləri barədə qiymətli məlumatlar əldə etmək olar. O, çilbur, yaralma qafunu, mixləmə, başşaq (baş-ayaq, kəllə-paça), mutənçəm, musəmmə qəçəri, bozdamaç, xodur və digər qədim Quba yeməklərinin adını çəkir və hər birinin hazırlanma qaydasını izah edir.

           
Ə.Çələbizadə o dövrdə Qubada mövcud olmuş kişi və qadın geyimlərini xırda detalları ilə təsvir edir. Amma mömin qubalıların geyimlərinə toxunarkən yazır ki, “hal-hazırda mömin şəxslər düyməli şalvar,paltun, pencək, qalistuq, qraxmal, çəkmə, şapqa geyməzlər. Bu adət hələ də tamamilə kütlə içərisindən götürülməmiş”.

           
Ə.Çələbizadə həmin dövrdə Qubada mövcud olan insan adlarını və ləqəbləri də əlifba sırası ilə toplayaraq yazıb.

           
Yuxarıda söylədiyimiz kimi Ə.Çələbizadənin 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnməsi ilə onun yaratdığı muzeyin fəaliyyətinə də xitam verilmiş olur. Bu muzey yalnız 1943-cü ildə bərpa edilərək yenidən fəaliyyət göstərmiş, 1964-cü ildə isə respublika Mədəniyyət Nazirliyinin tabeliyinə verilmişdir.

           
Çələbizadə Əhməd Əfəndinin Quba rayonuna aid tarixi-etnoqrafik tədqiqiqat işləri ümumən xalqımızın tarixinin və etnoqrafiyasının öyrənilməsində qiymətli materialdır.



Xatirə QƏDİROVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil” 14 Noyabr 2019, 09:55 Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI 14 Noyabr 2019, 09:46 Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ 14 Noyabr 2019, 09:40 Ermənistan atəşkəsi 21 dəfə pozdu 14 Noyabr 2019, 09:29 Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur... 14 Noyabr 2019, 09:28 Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...” 14 Noyabr 2019, 09:23 Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur 14 Noyabr 2019, 09:03 Milli Məclis bu gün büdcə zərfinin müzakirəsini yekunlaşdıracaq 14 Noyabr 2019, 08:54 Almaniyada miqrant alveri edən azərbaycanlılar tutuldu - ADLAR 14 Noyabr 2019, 08:46 Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin ŞOK STATİSTİKASI 14 Noyabr 2019, 08:36 Kollecdə silahlı insident: 2 ölü, 3 yaralı 14 Noyabr 2019, 08:30 Türk serialları ölkəyə 500 milyon dollar gəlir gətirib 14 Noyabr 2019, 08:25 Dünyanın dini liderləri Bakıya TOPLAŞDI 14 Noyabr 2019, 08:13 Türkiyədə hərbi hissədə partlayış oldu 14 Noyabr 2019, 00:43 Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO 14 Noyabr 2019, 00:21 Türkiyə millisi Ermənistana şans vermədi 14 Noyabr 2019, 00:02 Azərbaycan nefti cüzi ucuzlaşıb 13 Noyabr 2019, 23:44 Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu 13 Noyabr 2019, 23:25 Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02 Gəncədə mikroavtobus piyadanı vurub 13 Noyabr 2019, 19:47 Ermənistan ali məktəblərində etiraz aksiyaları 13 Noyabr 2019, 19:36 Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var 13 Noyabr 2019, 19:27 Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb 13 Noyabr 2019, 19:19